PSJ "Barselona"nın vingeri Usman Dembelenin transfer əməliyyatına Neymarı da daxil etməyə çalışır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport" yayıb.
Mənbənin məlumatına görə, Paris klubu Dembeleni "Barselona"dan 50 milyon avroya alacaq. Ancaq kataloniyalılar bu məbləğin yalnız yarısını alacaq. Pulun digər yarısı isə futbolçuya və onun agentinə çatacaq.
Üstəlik, Fransa nəhəngi Dembele ilə bağlı aparılan danışıqlar çərçivəsində "Barselona"ya Neymarı icarəyə verə biləcəklərini çatdırıblar. İspaniya klubunun hazırkı maliyyə durumu fonunda braziliyalı ulduzu bu şərtlərlə yenidən heyətinə qatmaq "Barselona"ya da cəlbedici görünür.
Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə transfer olub.
Mirağa