Azərbaycan Premyer Liqasının yeni üzvü olan “Araz-Naxçıvan” “Badamlı” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, şirkət “ağ-qırmızılar”ın su tərəfdaşı olacaq.
Razılaşma 2023/2024 mövsümünün sonunadək nəzərdə tutulub. “Badamlı” bu müddətdə "Araz-Naxçıvan"ın bütün komandalarını içməli su ilə təmin edəcək. Əvəzində, əsas komandanın oyun formalarının qolunda şirkətin loqosu əks olunacaq, klubun ev oyunları zamanı stadionda “Badamlı”nın reklam bannerləri yer alacaq.