"Napoli" hücumçusu Viktor Osimhen ilə bağlı Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun ikinci təklifini rədd edib.
Fanat.Az xəbər verir ki, məlumatı AS yayıb.
Mənbənin məlumatına görə, İtaliya çempionu bu dəfə 140 milyon avroluq məbləğdən imtina edib.
Neapolitan klubu qarşı tərəfə yalnız 150 milyon avrodan başlayan təklifləri nəzərdən keçirməyə hazır olduğu barədə mesaj çatdırıb.
Osimhen ötən mövsüm "Napoli"nin heyətində 39 matça çıxaraq 31 qol vurub.
Mirağa