Bu yay "Çelsi"ni "Olimpik Marsel"ə dəyişəm qabonlu hücumçu Pyer-Emerik Obameyanq ondan niyə əvvəlki kimi qaça bilmədiyini soruşan jurnalsitin sualını cavablandırıb.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, ön xətt oyunçusu "zadəganlar"ın məşqində sürət rekordu müəyyənləşdirdiyini deyib:
"Mənim sürətimə nə gəlib ki? Sizi sakitləşdirmək üçün hər şeydən öncə özümü yaxşı hiss etdiyimi deməliyəm. Ötən mövsüm "Çelsi"nin məşqində sürət rekorduna imza atdım - saatda 36 kilometr. Yəni bu yöndə hər şey tam qaydasındadır".
Nihat