PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes Fransa təmsilçisini İngiltərə nəhənginə dəyişə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Evening Standard" yayıb.
Xəbərə görə, Paredesin xidmətində "Çelsi" maraqlıdır. Mənbə "zadəganlar"ın baş məşqçisi Maurisio Poçettino PSJ-ni çalışdırdığı dönəmdə rəhbərliyi altında oynamış 29 yaşlı argentinalının komandaya fayda verəcəyinə əmin olduğunu vurğulayıb.
Qeyd edək ki, Paredes ötən mövsüm icarə əsasında "Yuventus"un formasını geyinib.
Nihat