"Napoli"nin hücumçusu Xviça Kvaratsxeliyanın zədəsi gözləniləndən ciddi çıxıb.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, ilkin müayinələrdən sonra gürcü futbolçunun dizindən yüngül xəsarət aldığı bildirilsə də, onun xaçvari bağlarının zədələnmə təhlükəsi var.
Mənbə bu səbəbdən Xviçanın A Seriyasının ilk matçında oynamasının sual altına düşdüyünü vurğulayıb.
"Napoli" ilk çempionat görüşünə avqustun 19-da çıxacaq. Neapol təmsilçisi "Frozinone" ilə qarşılaşacaq.
Xatırladaq ki, ötən mövsüm "Napoli" forması ilə bütün turnirlərdə 43 matça çıxan Kvaratsxeliya 14 qol və 17 məhsuldar ötürmə müəllifi olub.
Nihat