İngiltərənin "Çelsi" klubu yeni müdafiəçi transfer etdiyini açıqlayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, ötən mövsümü "Monako"da keçirən Aksel Disasidir.
Fransa millisinin də üzvü olan 25 yaşlı Disasi ilə 6 illik müqavilə imzalanıb.
Ötən mövsüm "Monako" forması ilə ümumilikdə 49 matça çıxan Aksel 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat