Almaniyanın "Leyptsiq" klubunun müdafiəçisi Yoşko Qvardiol komanda yoldaşları ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış jurnalist Patrik Berger yayıb.
Xəbərə görə, 90 milyon avro + 10 milyon avro bonus qarşılığında "Mançester Siti"yə transfer olunan futbolçu tibbi müayinədən keçmək üçün İngiltərəyə yollanıb.
21 yaşlı Qvardiol ötən mövsüm "Leyptsiq" forması ilə bütün turnirlərdə 41 matça çıxaraq 3 qol vurub.
Nihat