"Çelsi" ilə "Yuventus" yay transfer pəncərəsində ulduz hücumçularını dəyişdirmək yönündə danışıq aparırlar.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Tərəflər Duşan Vlahoviçlə Romelu Lukakunu dəyişmək istəyirlər. "Yuventus" "Çelsi"nin ilk təklifini rədd edib. Turin klubu serb hücumçuya görə londonlulardan Lukakunu və əlavə olaraq 20 milyon avro istəyir.
Tezliklə danışıqların növbəti mərhələsi gözlənilir.
Mənbənin məlumatına görə, Lukaku artıq "Yuventus"la 2026-cı ilə qədər müqavilənin şəxsi detallarını razılaşdırıb.
Mirağa