"Ayntraxt"dan azad agent statusu ilə ayrılan yapon yarımmüdafiəçi Daiti Kamada karyerasını İtaliyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Latsio" ilə anlaşıb.
Məlumatı Roma təmsilçisinin mətbuat xidməti yayıb. Orta xətt oyunçusunun müqavilə artıq tibbi müayinədən keçdiyi bildirilib.
Qeyd edək ki, Kamada 2019-cu ildən dəvət aldığı Yaponiya millisində 29 oyuna çıxaraq 6 qol vurub.
Nihat