İngiltərənin “Tottenhem” klubu “Blekbern”in müdafiəçisi Eşli Fillipsi transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Onun üçün qarşı tərəfə 3 milyon funt-sterlinq ödənildiyi bildirilir.
Fillips başa çatan mövsümdə “Blekbern”in heyətində 14 oyuna çıxıb.
Mirağa