İtaliya klubları üçün son 15 ilin ən böyük ümumi itkisi qeydə alınıb.
Fanat.Az xəbər verir ki, PwC ("Price Waterhouse Coopers") şirkətininin hesabatına görə, söhbət ümumilikdə 1,4 milyard avroluq zərərdən gedir.
Baxmayataraq ki, beynəlxalq investorlar son illərdə "Milan" və "Roma"nı almaq üçün xeyli pul xərcləyiblər. Ancaq klublar ötən mövsümün sonuna qədər olan dövrü əhatə edən müddətdə 1,4 milyard avro (1,5 milyard dollar) xalis zərərlə üzləşiblər. Bilet satışı və yayım gəlirləri azaldığından maliyyə vəziyyəti pisləşib.
2020/21 mövsümü üçün itkilər əsasən koronavirus pandemiyasının təsirindən 1,3 milyard avro təşkil edib. PwC-nin hesabatına görə, gələn il borc daha 4 faiz artacaq.
İtaliya liqalarında (Serial A, Serie B və Serie C) yayım hüquqlarının gəlirləri 2018/19-da 1,38 milyard avro olubsa, 2021/22-ci illərdə məbləğ 1,25 milyard avroya düşüb.
Digər əsas gəlir mənbəyi olan sponsorluqlar son dörd il ərzində 3 faiz azalıb. İtaliyanın ən yüksək liqası olan A Seriyasında eyni dövr ərzində daha da böyük eniş qeydə alınıb.
Mirağa