"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində Türkiyənin “Beşiktaş” klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Ərizədəki 27 futbolçu arasında yeni transfer Qara Qarayevin adı yoxdur.
Fanat.Az xəbər verir ki, bunun səbəbi Qaranın bu mövsüm "Qarabağ"da artıq avrokubok matçında iştirak etməsidir.
Təcrübəli müdafiəçi Çempionlar Liqasında "Linkoln"la ilk matçda iştirak etdiyi üçün "Neftçi"yə KL-də kömək edə bilmir. Bakılılar qrupa vəsiqə qazanarsa, yalnız o halda, "Neftçi" yarımmüdafiəçisinin xidmətindən yararlana biləcək.
Mirağa