Bu gün Əvəzedicilər Liqasında yeni mövsümə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Mövsümün açılış matçında “Araz-Naxçıvan”la “Turan Tovuz”un əvəzediciləri üz-üzə gəliblər. Oyun Naxçıvan təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.
Əvəzedicilər Liqası
1-ci tur
5 avqust
“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” 2:0
Qollar: Tuqay Əlizadə, 60. Bayraməli Qurbanov, 62.
Binə qəsəbə stadionu, 17:00.