00:38 06.08.2023 568

“Belə məğlubiyyətlərin mənə və komandama faydası daha çox olub” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 1-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, 51 yaşlı mütəxəssis 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəşadı və "Zirə"ni təbrik edirəm. Çox yaxşı başladılar liqaya. Onlara uğurlar arzulayıram. Məğlub olduq, düşünürəm ki, öz potensialımızdan çox aşağı oynadıq. Amma futbolçularımı başa düşürəm. Oyun təcrübəsi olmadıqda, formadan uzaq olurlar. İlk matç göstərdi ki, çempionatda hər oyuna daha ciddi yanaşmalıyıq. Qarşıdakı oyunlarda lazım olsa, rotasiyalara gedəcəyik. Çünki futbolçuların sağlamlığı da vacibdir. Maraqlı çempionat başladı. Qarşıdakı oyunlarda daha yaxşı olmağa çalışacağıq.

Uduzduqda, xal itirdikdə, belə oyunların komanda və mənim üçün faydası daha çox olub. Məncə, hər şey qaydasında olacaq. Çünki yaxş kollektivimiz, yaxşı futbolçularımız var. Daha yaxşı oynamağa qadirik. İnanıram ki, get- gedə hər futbolçunun gələcəkdə tam potensialını üzə çıxara biləcəyik.

Azarkeşlər azaddırlar. Futbol azarkeşlərə görə oynanılır. Bəzən onlar da emosiyalarnı saxlaya bilmirlər. Normal qarşılamaq lazımdır. Amma dəfələrlə bildirmişəm ki, sezonun ortasında belə, transfer işləri ilə məşğul oluruq. Lazım olan oyunçuları dəvət edirik. Əfsuslar olsun ki, bəzən alınır, bəzən yox. Bu il az transfer etməmişik. Transfer danışıqlarımız gedir. Mənim çox maraqlı və döyüşkən futbolçularım var. Potensialımız bu deyil. Hamı bizim, "Qarabağ"ın üzərinə gəlir. Biz rəqiblərin üzərinə getməkdən çəkinməyəcəyik, həvəsdən düşməyəcəyik. Futbolçular bunu dərk edirlər. Bu komandanın nə olduğunu bilirlər. İnanıram ki, qarşıda bunu bacarcağıq. Pis tərəfini düşünəndə... Bacarmasaq, nə cavab verim sizə...Bacarmasaq, nə olacaq? Əminəm ki, futbolçularım döyüşkəndir, cəsurdur. Onlara güvənərək, onlarla birlikdə inanıram ki, yaxşı futbol göstərməyə, yaxşı nəticə əldə etməyə gecə-gündüz çalışacağıq”.

Qurbanov Avropa Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcəkləri HJK barədə də danışıb:

“Sanki ikinci "Rakuv"dur. Sistem və oyun olaraq belədir. Bərk komandadır. Skandinaviya komandaları intizamlı oynamağı xoşlayırlar. "Rakuv" kimi müdafiə olunurılar, hücumda çox bənzər epizodları var. Sabahdan futbolçulara rəqib barədə tapşırıqlar verəcəyik. Məni narahat etməyən komanda yoxdur. Hər rəqibin sürprizləri olur. Amma mən hər oyun, hər rəqibə qarşı istəmişəm ki, düşündüklərimizi yerinə yetirək. Ümumən yaxşı komandaya qarşı oynayacağıq. Çalışacağıq ki, daha yaxşı oyun göstərək. Rəqibin harada təhlükəli zonaları, futbolçuları varsa, əlavə diqqət ayıracağıq, futbolçulara deyəcəyik. Hansı oyunçu bizə təhlükə yaradarsa, ona diqqət ayıracağıq”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

17:01

MPL: 35-ci tur start götürdü - YENİLƏNİR

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

Facebookdan bizi izləməyi unutmayın.
X