Litva 1-ci liqasında 17-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.
Sözügedən komanda “Transinvest”i qəbul edib və 0:4 hesablı darmadağına üzülüb.
Nurlan bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Yonava” 17 turdan sonra 8 xalla sonuncu pillədə qərarlaşıb.