"Qalatasaray"da gözlənilməyən ayrılıq baş verir
Fanat.Az "Corriero Dello Sport"a istinadən məlumatına görə, İtaliyanın "Roma" klubu İstanbul təmsilçisinin hücumçusu Dris Mertensi heyətinə qatır.
Mənbə tərəflərin artıq razılığa gəldiyini və belçikalı futbolçunun yaxın günlərdə A Seriyası təmsilçisinə keçəcəyini vurğulayıb.
Qeyd edək ki, "Qalatasaray"a ötən ilin yayında "Napoli"dən transfer olunan Mertens "sarı - qırmızılar"ın forması ilə 35 oyuna çıxaraq 8 qol 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov