"Mançester Siti" yarımmüdafiəçisi Bernardu Silva ilə bağlı yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Mançester təmsilçisi "Barselona" və PSJ-yə portuqaliyalı futbolçunu heç bir şərtlə satılmayacağını çatdırıb. Mənbə "şəhərlilər"in yaxın vaxtlarda 28 yaşlı oyunçu ilə daha yaxşı şərtlər fonunda müqavilə yeniləməyi planlaşdırdığını vurğulayıb.
Qeyd edək ki, Silva ötən mövsüm İngiltərə Premyer Liqasındada 34 oyuna çıxaraq 4 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Nihat