Avropada çıxış edən daha bir futbolçu Səudiyyə Ərəbistanına yollanmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Roma"nın müdafiəçisi Rojer İbanyes"Əl-Əhli"yə keçmək üzrədir. Mənbə artıq tərəflərin razılıq əldə etdiyini və müqavilənin bütün detallarının hazır olduğunu vurğulayıb. 23 yaşlı braziliyalının transferinin yaxın vaxtlarda açıqlanacağı bildirilib.
Qeyd edək ki, İbanyes ötən mövsüm A Seriyasında 33 matça çıxaraq 3 qol vurub.
Nahid Məmmədov