"Qarabağ"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi HİK Finlandiya çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Helsinki təmsilçisi ölkə birinciliyinin 19-cu turu çərçivəsində "Mariehamn"ı qəbul edib.
Oyun HİK-in 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində xal hesabını 37-yə çatdıran paytaxt komandası turnir cədvəlinin lideridir.
Qeyd edək ki, "Qarabağ" HİK qarşı ilk oyununu avqustun 10-da Bakıda, səfər qarşılaşmasını bir həftə sonra Finlandiyada keçirəcək.
Nihat