Ötən mövsüm "Dnepr-1"in heyətində 24 qolla Ukrayna çempionatının ən yaxşı bombardiri olan Artyom Dovbik kareyrasını İspaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 26 hücümçu "Jirona" ilə 5 illik müqavilə bağlayıb.
Məlumatı İspaniya klubunun rəsmi saytı yayıb.
Qeyd edək ki, "Jirona" ötən mövsümün yekunlarına əsasən, La Liqanın turnir cədvəlində 10-cu olub.
Nihat