Bu gün, avqustun 7-də Friskoda (ABŞ, Texas) Liqa Kubokunun 1/8 final mərhələsinin matçı baş tutub.
Fanat.Az xəbər verir ki, "İnter Mayami" səfərdə "Dallas"la qarşılaşıb.
Oyunun əsas vaxtı heç-heçə başa çatıb - 4:4.
Messi bu oyunda dubla imza atıb - 6-cı dəqiqədə o, hesabı açıb. 85-ci dəqiqədə isə gözəl cərimə zərbəsi sayəsində komandasını məğlubiyyətdən xilas edərək cütün taleyini penaltilərə daşıyıb.
Penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələn mayamililər 1/4 finala yüksəlib.
Beləliklə, Leonel Messi yeni komandasında ardıcıl 3-cü matçda dubla imza atıb. Argentinalı ümumilikdə "İnter Mayami"də keçirdiyi 4 oyunda 7-ci qolunu vurub.
Mirağa