"Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu komandanın ulduz hücumçusu Harri Keynin gələcəyindən danışıb.
Fanat.Az xəbər verir ki, o, "Bayern Münhen"in istədiyi ingilis forvardla bağlı fikirlərini "Şaxtyor"la yoxlama oyunundan (5:1) sonra bölüşüb:
"Hamınız gördünüz ki, Keyn komandanın bir parçasıdır. Necə olacaq? Transfer pəncərəsi bağlanana qədər komandada qalsa, bir yerdə işləməyə davam edəcəyik".
Xatırladaq ki, Keyn "Şaxtyor"la matçda 4 qol vurub.
Nihat