PSJ-nin ulduzu Kilian Mbappe Yaponiya toplanışından qayıdan parislilərin əsas komandasına qayıtmayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.
Mənbənin məlumatına görə, "arzuolunmaz fransız" komandanın bugünkü səhər məşqində bir qrup futbolçu ilə ayrıca məşq edəcək. Əsas komanda isə yerli vaxtla saat 17:00-da meydana çıxacaq.
"Barselona"dan Usmane Dembele və "Benfika"dan Qansalu Ramosun mümkün transferləri ilə klub Mbappeyə yeni layihənin onsuz davam ediləcəyinə dair aydın siqnal verib.
Xatırladaq ki, PSJ Mbappeni gələn il başa çatacaq müqaviləni yeniləməmək qərarına görə əsas komandadan uzaqlaşdırılıb.
Mirağa