"Bayern Münhen"in qapıçısı Yan Zommer qaryerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, qolkiper "İnter"lə anlaşıb. Onunla 2026-cı ilə qədər müqavilənin detalları razılaşdırılıb. İsveçrəlinin bu gün Milan klubunda tibbi müayinədən keçəcəyi bildirilir.
"İnter" qapıçının transferi üçün Bundesliqa klubuna 6 milyon avro ödəyəcək.
34 yaşlı qolkiper cəmi 6 ay əvvəl Mönhenqladbax "Borussiya"sından transfer olunmuşdu.
Zommer Avropa çempionatından əvvəl ehtiyat oyunçular skamyasında oturmaqla razılaşmadığı üçün “Bayern" rəhbərliyindən onu başqa komandaya buraxmağı xahiş edib.
Mirağa