UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə qarşılaşacaq "Qarabağ"ın cavab oyununun biletləri satışa çıxarılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Helsinki təmsilçisisinin "Facebook" səhifəsi məlumat yayıb.
Ən ucuz biletin qiyməti 20 avrodur. Uşaqlar isə "Bolt Arena"da baş tutacaq oyuna 5 avroya baxa biləcəklər. VİP biletin qiyməti isə 139 avroya bərabərdir. Endirimli qrup biletləri də satışdadır. Güzəştli qruplara təqaüdçülər, tələbələr, işsizlər və çağırışçılar daxildir.
"Qarabağ" tərəfdarları üçün isə stadionun qərb tribunası ayrılıb.
Qeyd edək ki, 17 avqustda "Bolt Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə 20:00-da başlayacaq. Tərəflər arasında ilk oyun isə ayın 10-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Nahid Məmmədov