UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Azərbaycanın təmsilçisiz qaldığı qitənin ən nüfuzlu klub turnirində pley-offun potensial cütləri müəyyənləşib.
"Qalatasaray" "Olimpiya" səddini keçəcəyi halda, qrupa gedən yolda son rəqibi Farer adaları və ya Norveç klubundan biri olacaq.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya “Dinamo”sunun mümkün rəqibi Belçika “Antverpen” olacaq.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 22-23 avqustda, cavab görüşləri isə 29-30 avqustda gerçəkləşəcək.
Çempionlar Liqası
Pley-off mərhələsi
Çempionlar yolu
“Slovan” (Slovakiya) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi / “Yanq Boyz” (İsveçrə)
“Antverpen” (Belçika) / AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi
“Rakuv” (Polşa) – “Aris” (Kipr) cütünün qalibi / “Kopenhagen” (Danimarka) – “Sparta” (Çexiya) cütünün qalibi
“Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) cütünün qalibi / “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün qalibi
Liqa yolu
“Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə) cütünün qalibi / PSV (Niderland) – “Şturm” (Avstriya) cütünün qalibi
“Braqa” (Portuqaliya) – “Baçka Topola” (Serbiya) cütünün qalibi / “Panatinaikos” (Yunanıstan) – “Marsel” (Fransa) cütünün qalibi