Bu gün qadınlar arasında futbol üzrə dünya çempionatının - DÇ-2023-ün 1/8 final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Avstraliyanın Brisben şəhərindəki "Lenq Park" stadionunda İngiltərə və Nigeriya milliləri üz-üzə gəliblər.
Görüşün əsas və əlavə vaxtında hesab açılmayıb. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən ingilislər (4:2) 1/4 finala vəsiqə qazanıb. Britaniya təmsilçisi bu mərhələdə Kolumbiya - Yamayka cütünün qalibi ilə qarşılaşacaq.
Matçın 87-ci dəqiqəsində Loren Ceyms qırmızı vərəqə alaraq İngiltərəni azlıqda qoyub.
Xatırladaq ki, iyulun 20-də start götürən DÇ-2023 Avstraliya və Yeni Zelandiyada keçirilir. Turinirin final oyunu avqustun 20-də baş tutacaq.
Nihat