Bu gün qadınlar arasında futbol üzrə dünya çempionatının - DÇ-2023-ün 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Avstraliyanın Melburn şəhərindəki "AAMİ Park - Melburn Rektanqular" stadionunda baş tutan matçda Kolumbiya və Yamayka milliləri qarşılaşıblar.
Kolumbiya rəqibini 1:0 hesabı ilə yenərək adını mundialın 1/4 finalına yazdırıb. Görüşdəki yeganə qola Katalina Usme imza atıb.
Kolumbiya 1/4 finalda İngiltərə millisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, iyulun 20-də start götürən DÇ-2023 Avstraliya və Yeni Zelandiyada keçirilir. Turnir avqustun 20-nə qədər davam edəcək. Mundialın son qalibi ABŞ millisidir.
Nihat