Fransanın "Monako" klubu hücumçu Folarin Baloqan üçün "Arsenal"a rəsmi təklif göndərib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Knyazlıq təmsilçisinin ödəmək istədiyi məbləğ "topçular"ı qane etməyib və bu üzdən təklif rədd edilib.
Mənbə London klubunun 22 yaşlı amerikalını 50 milyon funta satmağı hədəflədiyini vurğulayıb.
Daha öncə Milan "İnter"inin də Folarinin xidmətində maraqlı olduğu barədə məlumat yayılmışdı.
Qeyd edək ki, ABŞ millisinin üzvü 2020-ci ildən "Arsenal"da forma geyinir. O, 2022/2023 mövsümündə icarə əsasında "Reyms"in şərəfini qoruyub.
Nihat