“Vulverhempton” klubunun rəhbərliyi əsas komandanın baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib.
Fanat.Az xəbər verir ki, məlumatı “canavarlar"ın mətbuat xidməti yayıb.
2022-ci ilin noyabrında bu postu tutan 57 yaşlı ispan mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi açıqlanıb. Lopeteqi ilə birlikdə məşqçlər korpusunda yer alan digər 6 nəfər də yola salınıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsümə avqustun 11-də start götürəcək. “Vulverhempton” ilk oyununu ayın 14-də səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.