"Tottenhem" argentinalı Velise Alexonu transfer edib.
Fanat.Az London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı mərkəz hücumçusu müddəti 2029-cu ilə qədər olan müqaviləyə imza atıb.
Gənc forvard Hotspur təmsilçisində 36 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Alexo "Rosario Sentral" klubunun yetirməsidir. O, Argentinanın U-20 millisinin də üzvüdür.
Nahid Məmmədov