AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 1-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Araz-Naxçıvan”ın 29 nömrəli futbolçusu Vanderson Melonun futbol formasında qeyri-əlifba hərfindən istifadə edildiyinə görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.
“Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə “Sumqayıt” klubu 1500 manat cərimə edilib.
“Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz” klubu 800 manat cərimə edilib.
“Kəpəz” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilib.
“Sabah” – “Qəbələ” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Sabah” klubu 1000 manat cərimə edilib.