"Yuventus" azarkeşləri "Çelsi"nin hücumçusu Romelu Lukakunun Turin təmsilçisinə transfer olunmaması üçün aksiya keçiriblər.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport bible" yayıb.
Xəbərə görə, tərəfdarlar "qoca sinyora"nın "Alyans Stedium"da əvəzediciləri ilə keçirdiyi sınaq matçından (8:0) sonra meydana çıxan fanatlar "Lukakunu transfer etməyin!" şüarı səsləndiriblər.
Xatırladaq ki, Lukaku ötən mövsümü icarə əsasında Milan "İnter"ində keçirib.
Nihat