"Bayern Münhen" yeni qapıçı transfer etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Florian Plettenberq yayıb.
Xəbərə görə, Münhen təmsilçisi "Çelsi"nin qolkiperi Kepa Arissabalaqanı sıralarına cəlb etməkdə israrlıdır. Mənbə Almaniya nəhənginin hazırda "zadəganlar"la danışıq apardığını və tərəflərin razılığa gəlmək üzrə olduqlarını vurğulayıb. "Bayern"in Arissabalaqanı sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə 1 illik icarəyə götürməyi hədəflədiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, 28 yaşlı Arissabalaqanın "Çelsi" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.
Nihat