Avqustun 1-də "Bayern Münhen"dən "Əl-Nəsr"ə transfer olunan Sadio Mane Səudiyyə Ərəbistanı təmsilçisindəki komanda yoldaşlarından danışıb.
Fanat.Az xəbər verir ki, "Arab News" seneqallı ulduzun dediklərini belə çatdırıb:
"Mənim "Əl-Nəsr"ə keçidimin necə tez alındığını hamı gördü. Qərar veməklə bağlı çətinlik çəkmədim.
Ronaldu futbol tarixinin ən yaxşılarından biridir. O, mənim işimi asanlaşdırır. Həm Taliska, həm də digər uşaqlar sözün əsl mənasında, yaxşı futbolçulardır. "Əl-Nəsr"ə ciddi uğur qazandırmaq üçün bu uşaqlarla çiyin-çiyinə mübarizə aparacağam. Komandadakı yerli futbolçuların texniki cəhətdən hazırlıqlı olduqlarını da deməliyəm. Biz son dünya çempionatında Səudiyyə Ərəbistanı millisinin oyunçularının topla necə rəftar etdiyini görmüşük".
Qeyd edək ki, Ronaldu bu ilin yanvarından "Əl-Nəsr"in futbolçusudur.
Nihat