"Qalatasaray"ın italiyalı ulduzu Nikolo Dzanyolo karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Dzanyolonun xidmətində "Aston Villa" maraqlıdır və hazırda Birmingem təmsilçisi İstanbul klubu ilə bu yöndə danışıq aparır. Mənbə İngiltərə klubunun idman direktoru Monçinin "Roma"da işləyərkən sözügedən futbolçunu "İnter"dən aldığını da xatırladaraq transferin reallaşmaq ehtimalının yüksək olduğunu bildirib.
Nihat