AFFA İntizam Komitəsi əvəzedicilərin çempionatında və I divizionda çıxış edən iki futbolçunu cəzalandırıb. Fanat.az xəbər verir ki, buna səbəb onların onların son turda qırmızı vərəqə alması olub.
Əvəzedicilərin çempionatında "Qəbələ" ilə oyunun 71-ci dəqiqəsində "İnter"in futbolçusu Fuad Bayramov, AZAL-la matçın 84-cü dəqiqəsində "Bakı"nın oyunçusu Elşən Rzazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb. Hər iki futbolçu 1 oyunluq cəzalandırılıb, klubları 100 manat cərimələnib. Sona bir tur qaldığından bu futbolçular üçün mövsüm başa çatıb.
I divizionda isə "Karvan"ın futbolçusu Cavid Heydərov "Turan-T" ilə matçın 70-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb və AFFA tərəfindən 1 oyunluq cəzalandırılıb, klub 20 manat cərimə olunub. "Energetik"dən Kamran Lalayev isə "Araz Naxçıvan"la matçın 90-cı dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə aldığından 2 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimələnib. "Karvan"ın bir oyunu qaldığından Cavild cəzasını bu mövsüm çəkəcək. "Energetik" isə mövsümü başa vurduğundan Kamran gələn mövsümün ilk iki turunu buraxacaq.
Fanat.az