"Real Madrid"dən ayrılandan sonra klubsuz qalan Eden Hazar iki klubun maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
Mənbənin məlumatına görə, 32 yaşlı belçikalının MLS və Braziliyadan təklifləri var. Belə ki, Hazarı "Vankuver" və "Botafoqo" klubları heyətinə qatmaq istəyir. Futbolçu yeni klubuna pulsuz başa gələcək, çünki o, hazırda azad agent statusundadır.
Hazar ötən mövsüm İspaniya Liqasında "Real Madrid"in heyətində cəmi 6 oyun keçirib. Belçikalı 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa