"Çelsi"nin hücumçusu Romelu Lukakunun komandadakı son vəziyyətinə aydınlıq gəlib.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, nə belçikalı forvard "zadəganlar"ın formasını geyinmək istəyir, nə də London təmsilçisi onun heyətdə qalmasını arzulayır.
Xəbərə görə, artıq baş məşqçi Maurisio Poçettino Lukakunun kollektiv məşqlərə qatılmasına da icazə vermir və hazırda sözügedən oyunçu fərdi çalışmalarla kifayətlənir. Mənbə Romelunun xidmətində "Yuventus" və "Tottenhem"in maraqlı olduğunu, lakin bu klubların maddi təkliflərinin "Çelsi"nin planları ilə üst-üstə düşmədiyini vurğulayıb.
Qeyd edək ki, Lukakunun "göylər"lə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat