"Bayern Münhen"in yarımmüdafiəni gücləndirmək üçün bu yay transfer etməyi hədəflədiyi futbolçunun adı bəlli olub.
Fanat.Az "Foot Mercato"ya istinadən xəbər verir ki, bu, PSV-nin futbolçusu İbraim Sanqaredir.
Xəbərə görə, Almaniya nəhənginin baş məşqçisi Tomas Tuxel Sanqarenin alınmasını olduqca vacib sayır və futbolçunun özü "Bayern"ə keçməyi arzulayır. Mənbə Fil Dişi sahilindən olan İbraimanın müqaviləsindəki satış qiymətinin 37 milyon avro olduğunu da diqqətə çatdırıb.
25 yaşlı Sanqare 2020-ci ildən PSV-də çıxış edir. Niderland təmsilçisi onu Fransanın "Tuluza" klubundan 7 milyon avroya alıb. Afrikalı yarımmüdafiəçinin PSV ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Nihat