"Real Madrid"in sabiq futbolçusu, hazırda "Fluminense"nin şərəfini qoruyan Marselonun cəzası açıqlanıb.
Fanat.Az xəbər verir ki, Libertadores Kubokunda "Argentinios Xuniors"un futbolçusu Sançesə ağır xəsarət yetirən braziliyalı 3 oyunluq diskvalifikasiya olunub.
O, "Argentinos Xuniors"un müdafiəçisinin ayağını qırıb. Sançesin dizi qırılıb, dörd yan bağı və hər iki meniski qopub. Futbolçunun ən azı bir il yaşıl meydana dönə bilməyəcəyi dəqiqdir. Bəzi həkimlər isə Sançesin bir daha futbola qayıda bilməyəcəyini düşünür.
Mirağa