PSJ-nin hücumçusu Neymar "Barselona" ilə razılığa gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı "La Porteria" yayıb.
Mənbənin məlumatına görə, Neymar “Barselona”da ilinə 12 milyon avro qazanacaq. Müqayisə üçün qeyd edək ki, PSJ ilə hazırkı müqaviləyə əsasən, braziliyalı 56 milyon avrodan çox məvacib alır. Göründüyü kimi, ulduz forvard "Camp Nou"ya qayıtmaq üçün maaşının əhəmiyyətli dərəcədə azaldılmasına hazırdır.
6 il əvvəl “Barselona” Neymarı rekord məbləğə - 222 milyon avroya PSJ-yə satmışdı. Kataloniyalıların parislilərlə Neymarın transferini razılaşdırmaq asan olmayacaq, çünki PSJ-nin futbolçudan yaxa qurtarmaq istəyinə baxmayaraq, braziliyalının hazırki klubu ilə 2025-ci ilə qədər müqaviləsi var.
Mirağa