PSJ-nin baş məşqçisi Luis Enrike Paris komandasının sükanı arxasında əsas məqsədindən danışıb.
Fanat.Az xəbər verir ki, bu yay Paris klubuna keçən ispaniyalı mütəxəssis mətbuat konfransında planlarından danışıb:
“Mən bir çox şeyi dəyişmək üçün buradayam. Komandamın bütün 90 dəqiqə işləməsini istəyirəm. Aqressiv pressinqlə hərtərəfli hücum futbolunu xoşlayıram. Biz hamımız peşəkarıq və azarkeşlərə sevinc bəxş etmək istəyirik”.
Enrike daha əvvəl “Roma”, “Barselona” və İspaniya millisini çalışdırıb. O, karyerası ərzində baş məşqçi kimi Çempionlar Liqasının qalibi olub.
Mirağa