“Neftçi” PFK Latviya yığmasının qapıçısı Pavel Doroşevslə müqavilə imzalayıb. Təcrübəli futbolçu artıq komandanın Avstriyadakı düşərgəsinə qoşulub və hazırlığa başlayıb. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Pavel Doroşevsin sonuncu klubu “Metallurq” (Liepaya) olub. O, Latviya yığmasının da şərəfini qoruyur.
İdman24.az