"Liverpul"un baş məşqçisi Yürgen Klopp yarımmüdafiəçi Moyses Kaysedonun transferi ilə bağlı "Brayton"la razılığa gəldiklərini deyib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssisin söylədiklərini tanınmış jurnalist Ben Ceykobs şəxsi "Tvitter" hesabı üzərindən belə çatdırıb:
"Transferin klublar arasında razılaşdırıldığını təsdiqləyə bilərəm. Oyunçu ilə nə vaxt ortaq məxrəcə gələcəyik? Baxarıq. Bizim resurslarımız sonsuz deyil. Bu yay istədiklərimizin hamısını həyata keçirə bilmədik".
Maraqlıdır ki, tanınmış insayder Fabritsio Romano bu açıqlamanın ardından sosial şəbəkə hesabları üzərindən məlumat yayaraq Moysesin "Liverpul"a yox, "Çelsi"yə keçməyə qərar verdiyini bildirib.
Nihat