"Bayern Münhen"in əfsanəvi qapıçısı Zepp Mayer son illərdə Almaniyada səviyyəli qolkiperlərin yetişməməsinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sport1" onun dediklərini belə çatdırıb:
"Mövcud vəziyyət üzücü reallıqdır. İndi klublar gənc qapıçılara şans vermək istəmirlər. Komandalar ölkə xaricindən hazır qolkiperlər transfer etməyi daha məqsədəuyğun sayırlar. "Bayern"in yaxşı qapıçısı var idi - Kristian Frühtl. Amma bu oğlanı Vyana "Austriya"sına satdılar. Niyə belə etdiklərini anlamadım. O, "Bayern"də inkişaf edə bilərdi. İndi peşəkar futboldakı söz sahibləri nədənsə çox səbirsiz olublar. Məsələn, mənə qarşıma xüsusi tələblər qoymadan 18 yaşımdan güvəniblər".
Nihat