Topaz Premyer Liqasında XXXVI turun “Xəzər Lənkəran” - “Qarabağ” və AZAL - “İnter” oyunlarının keçirilmə yeri dəyişdirilib. Fanat.az xəbər verir ki, klubların qarşılıqlı razılaşmasına əsasən, mayın 17-də keçiriləcək “Xəzər Lənkəran” - “Qarabağ” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda, AZAL - “İnter” matçı isə “Şəfa” stadionunda baş tutacaq.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol