Lionel Messi MLS təmsilçisi "İnter Mayami"də növbəti qolunu vurub.
Fanat.Az xəbər verir ki, 36 yaşlı forvard "Şarlott"u 4:0 hesabı ilə yendikləri Liqa Kubokunun 1/4 final oyununda rəqib qapısına yol tapıb.
Leo komandasının sonuncu qoluna imza atıb. Bununla da argentinalı superulduz Mayami təmsilçisinin forması ilə çıxdığı 5-ci matçda 8-ci dəfə fərqlənib.
Liqa Kubokunda ABŞ-la yanaşı, Kanadanın və Meksika təmsilçiləri də iştirak edirlər. "İnter Mayami" yarımfinalda "Filadelfiya" ilə qarşılaşacaq. Görüş avqustun 16-da baş tutacaq.