"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İPL-in 1-ci turu çərçivəsində "Börnli"yə qarşı keçirdikləri oyunun (3:0) fasiləsində komandanın hücumçusu Erlinq Holanda sərt şəkildə iradlarını bildirməsinin səbəbini izah edib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun dediklərini belə çatdırıb:
"Holand bir qayda olaraq ötürmə istəyir. Hissənin sonlarına iki-üç dəqiqə qalmış Kovaçiç və Rodri məhz Holanda ötürmə vermək istədikləri üçün topu itirdilər. Ardından isə Bernardu Silva haqlı olaraq topu Erlinqə göndərmədi. Ancaq bu, problem deyil. Holand iki qol vurdu və özünü xoşbəxt sayır".
Qeyd edək ki, fasilədə Holanda yaxınlaşaraq yüksək səslə danışan Pep onun danışığını qeydə alan operatorun kamerasını da əli ilə kənara itələyib.
Nihat